Putin müxalifətə hörmət etməyə çağırdı
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, müxalifətə hörmətlə yanaşmaq lazımdır.
Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, dövlət başçısı bunu hakim "Vahid Rusiya" partiyasının qurultayında çıxış edərkən deyib. O bildirib ki, "Rusiyanın yenilənməsinə mane olan hər şeyi kənara atmaq lazımdır".
Putin onu da vurğulayıb ki, Rusiyanın inkişafı ilə bağlı təkliflər vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinə, ölkənin uzunmüddətli maraqlarına və möhkəm dövlətçiliyə əsaslanmalıdır.
Mənbə:> Virtualaz.org