Moskvada Sarksiyan-Putin görüşü baş tutdu
Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Serj Sarksiyana iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələlərinin müzakirəsini təklif edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin iki ölkə arasında münasibətləri “strateji tərəfdaşlıq münasibətləri” kimi xarakterizə edib.
“Bizim münasibətlərimiz uğurla inkişaf edir. Əlbəttə, obyektiv xarakterli problemlər var”, - deyə, Rusiya dövlətinin başçısı bildirib.
O, həmçinin Sarkisyana Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı çərçivəsində qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsini təklif edib.
Mənbə:> Oxu.Az