Pentaqon rəhbərindən etiraf: “Ankara bizi xəbərdar etmişdi”
Türkiyə Suriyanın şimalında Vaşinqtonun dəstəklədiyi “Suriya Demokratik Qüvvələri” koalisiyasından olan kürdlərə qarşı aviareydlər keçirməyi planlaşdırdığı barədə Vaşinqtonu qabaqcadan xəbərdar edib.
“Reuters” xəbər verir ki, bu barədə bazar günü ABŞ müdafiə naziri Ceyms Mettis jurnalistlərə verdiyi açıqlamada deyib.
“Türkiyə bizimlə açıq olub. Onlar hərbi təyyarələri göndərməzdən və aviareydlər keçirməzdən əvvəl bizi bu barədə xəbərdar edib və bizimlə məsləhətləşib”, – deyə Pentaqonun rəhbəri bildirib.
“Hal-hazırda hansı addımların atılacağını götür-qoy edirik”.
Mənbə:> “Reuters”