ABŞ-dan tarixi GERİ ADDIM » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Hərbi

ABŞ-dan tarixi GERİ ADDIM – ƏRDOĞANIN TƏHDİDİ QƏBUL EDİLDİ

ABŞ-dan tarixi GERİ ADDIM


ABŞ Suriyanın şimalında qurulması planlaşdırılan “sərhəd ordusu” mövzusunda geri addım atıb.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) “Sərhəd Təhlükəsizliyi Qüvvələri”nin (BSF) qurulmayacağını açıqlayıb.

Pentaqon həmçinin ABŞ-ın Suriyada yerli qüvvələrə təlim verməkdə davam edəcəyini və bu təlimin məqsədinin evlərinə dönən insanların təhlükəsizliyini artırmaq olduğunu bildirib.

ABŞ Müdafiə Nazirliyindən sonra dövlət katibi Reks Tillerson da mövzu ilə bağlı açıqlama verib. ABŞ-ın xarici siyasət idarəsinin başçısı Suriyada “sərhəd ordusu” qurmaq niyətində olmadıqlarını vurğulayıb.

“Suriyada sərhəd gücünün qurulması niyyətimiz yoxdur. ABŞ-ın Türkiyəyə belə bir açıqlama vermə borcu var”, - o deyib.

Qeyd edək ki, ABŞ-ın rəhbərliyi altında İŞİD terror təşkilatına qarşı mübarizə məqsədi ilə formalaşdırılan koalisiyanın mətbuat xidmətinin rəhbəri Tomas Vil “Suriya Demokratik Qüvvələri”nə aid 30 minlik sərhəd xidmətinin yaradılacağını bəyan etmişdi. Onun əsasını PYD terror təşkilatı təşkil etməli, missiyası isə Suriyanın Türkiyə və İraqla olan sərhədlərinin mühafizəsi olmalı idi.

Dünən isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının toplantısından sonra verilən yazılı açıqlama Türkiyənin sərhədlərində bir terror dəhlizi yaradılmasına və terror ordusunun qurulmasına icazə verməyəcəyi, buna qarşı lazım olan bütün addımların atılacağı bildirildi.

Mənbə: Publika.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *