Türkiyə HHQ Suriyada 18 terrorçunu zərərsizləşdirib
“Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Suriyanın şimalında yerləşən Əl-Bab şəhərində İŞİD terror qruplaşmasının komanda məntəqəsini məhv edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında deyilir.
Məlumata əsasən, hava zərbələri zamanı aralarında səhra komandirləri də olmaqla, 18 terrorçu zərərsizləşdirilib.
Baş Qərargahda qeyd ediblər ki, hava şəraitinin pis olmasına baxmayaraq, Türkiyə Silahlı Qüvvələri (SQ) Əl-Bab şəhərində Azad Suriya ordusunun bölmələrinə dəstək verməkdə davam edir.
Mənbə:> Oxu.Az