Pentaqon: Rusiya, ABŞ və Çin arasında hərbi qarşıdurma başlaya bilər
Pentaqon rəhbəri Cim Mettis Amerika qanunvericilərinə tezliklə böyük dövlətlər arasında hərbi rəqabətin bərpa oluna biləcəyi barədə xəbərdarlıq edib. Bura Rusiya, ABŞ və Çin aiddir.
AzNews.info Report-a istinadla xəbər verir ki, onun sözlərinə görə, dünyada bu ölkələr arasında hərbi qarşıdurma başlaya bilər.
O, faktiki olaraq II Soyuq müharibənin başlana biləcəyini bildirib.
“Həm Rusiya, həm də Çin II Dünya müharibəsindən sonra çətinliklə qurulmuş beynəlxalq qaydaların əsas müddəalarına doğru yönəlib”, - deyə Mettis əlavə edib.
Pentaqon rəhbəri həmçinin bəyan edib ki, Rusiya və Çinin qlobal səyləri və hərbi əməkdaşlığı fəallaşdırması beynəlxalq təhlükəsizlik baxımından risklidir.
Bununla belə, o, ABŞ-ın öz hərbi gücünü artırması barədə söz açmayıb.
Mənbə:> Report