“Cəhənnəm alovu” sərhədə göndərildi: düşmən bir həftəyə məhv ediləcək
PKK/PYD terrorçularının əlindəki Afrin bölgəsində əməliyyata hazırlanan Türkiyə Suriya sərhədinə yeni ordu birlikləri göndərib.
Publika.az xəbər verir ki, dünən gecə İraq sərhədindən yola çıxan 40 zirehli avtomobildən ibarət hərbi karvan bu gün səhər saatlarında Suriya sərhədindəki birliklərə qoşulub. Suriya sərhədinə göndərilən birliyin tərkibində tanklar da var.
Suriya sərhədində "cəhənnəm alovu" adlandırılan tanklar və raketlər, eləcə də çoxsaylı canlı qüvvə toplanıb. Əməliyyatın bir həftə ərzində başlayacağı gözlənilir.
Mənbə:> Publika.az