ABŞ-dan türk əsgərlərinə qarşı XAİN ADDIM
ABŞ PYD ilə gizli razılığa gələrək, Afrindəki YPG güclərinə (PYD-nin silahlı qanadı) səyyar minaatanlar verib.
Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” “Əl Masdar News”-a istinadən məlumat yayıb.
Məlumata görə, qısa mənzili səyyar minaatanlar ötən həftə gizli şəkildə Afrinə daşınaraq, YPG-yə təhvil verilib.
Terrorçular bu silahlardan Türkiyə ordusuna qarşı istifadə edəcəklər.
Qeyd edək ki, Türkiyə bir həftə ərzində Afrin əməliyyatını başlamağı planlaşdırır. Hazırda ordu birlikləri sərhəddə hücum əmri gözləyir.
Mənbə:> Publika.az