Rus “MİG-29”-u türk qırıcılarına hücum etdi
Suriyada hava əməliyyatlarına qatılan Rusiyanın “MİG-29” qırıcısı Türkiyə təyyarələrinə hücum edib.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahından bildirilib.
Hücum 4,5 dəqiqə davam edib.
Qeyd edək ki, dünən Türkiyə-Suriya sərhədi boyunca patrul uçuşları həyata keçirən iki ədəd F-16 təyyarəsi Rusiyanın 2 ədəd “MIG-29” qırıcısının hücumuna məruz qalıb. Hücum 5 dəqiqə 40 saniyə davam edib.
Mənbə:> Publika.az