Azərbaycanlı hərbçilər “Anadolu Qartalı”nda
8-19 iyun tarixlərində Türkiyədə ABŞ, Almaniya, İngiltərə, İspaniya, Pakistan, NATO və Türkiyənin Quru, Dəniz və Hava Qüvvələrinin bölmələrinin iştirakı ilə “Anadolu Qartalı-2015” təlimi keçirilir.
Oxu.Az Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd reallığa yaxın döyüş şəraitində bütün iştirakçıların bilik və təcrübələrinin paylaşılmasını təmin etmək, birlikdə hərəkətə yönəlmiş tədris səviyyələrini artırmaqdır.
Təlimdə ABŞ-ın F-15C qırıcı-bombardmançıları, Almaniyadan A-130 təyyarəsi, İngiltərədən EF-2000 qırıcısı, İspaniyadan 6 ədəd F-18, Pakistandan 6 ədəd F-16 və NATO-dan bir ədəd E-3A təyyarəsi, Türkiyə tərəfdən 12 ədəd F-4E 2020 qırıcı-bombardmançısı, 42 ədəd F-16, bir ədəd KC-135 Tanker təyyarəsi, bir neçə digər təyyarələr də iştirak edir.
Qeyd edək ki, Türkiyə tərəfinin dəvəti ilə Azərbaycan hərbçiləri bu təlimlərdə müşahidəçi qismində iştirak edirlər.
Mənbə:> Oxu.Az