CHP ermənipərəst qadını partiyada sədr seçdi
Cümhuriyət Xalq Partiyasının 36-cı fövqəladə vilayət Konqresində İstanbul vilayət sədrliyinə Canan Kaftancıoğlu seçilib. 13 yanvar 2018-ci il tarxdə keçirilən Konqresdə səslərin 325-ni alan qadın rəqibindən az sayı üstün olmaqla qalib gəlib.
Canan Kaftancıoğlu kimdir?
CHP vilayət sədrliyinə seçilən və “Mustafa Kamalın əsgərləri deyilik” sözləri ilə gündəmə gələn Kaftancıoğlunun əvvəllər paylaşdığı tvitlərlər ortaya çıxıb və həmin tvitlər onun ermənipərəstliyini sübut edir. Belə ki, bir müddət əvvəl Canan Kaftancıoğlu sözdə erməni soyqırımı iddialarını qəbul edən tvit atmışdı. O, 24 aprel 2012-ci il tarixli tvitdə “Tarixdə bu gün erməni soyqırımı başladı. Qətlə yetirilən erməni vətəndaşlarımızı yad edirik. Saat 19:15-də Taksim meydanında” ifadələrinə yer vermişdi. Bundan başqa, Kaftancıoğlu yenə 2012-ci ildə bir tvitdə terrorla mübarizə məqsədi ilə həyata keçirilən əməliyyatları və bu məsələdəki xəbərlərdə yer verlən ifadələri kəskin tənqid edərək belə demişdi: “NTV xəbər.... zərərsizləşdirldi” deyə verib xəbəri. Nə zamandan bəri “zərərsizləşdirmə” “öldürmə” sözü ilə eyni mənada istifadə edilməyə başlanmışdır? Ayıb!”
Qeyd edək ki, CHP Türkiyə Cumhuriyətinin banisi Atatürkün qurduğu və Türkiyənin ən yaşlı partiyasıdır. Türkiyədə milli xətdə olanlar bu partiyanı Atatürkün əmanəti hesab edirlər.
Mənbə:> AFN.az