Türkdilli ölkənin vilayət rəhbəri erməni məşqçini qovdu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Türkdilli ölkənin vilayət rəhbəri erməni məşqçini qovdu

Türkdilli ölkənin vilayət rəhbəri erməni məşqçini qovdu


Dünən Qazaxıstanın "Aktobe" klubuna 0:2 hesablı məğlubiyyətdən sonra Qostanay vilayətinin rəhbəri Nurəli Sadvakasov "Tobol"un erməni baş məşqçisi Vardan Minasyanı komandadan qovub.

ANS PRESS-in məlumatına görə, oyunçulara bildirilib ki, Minasyan daha komandanı çalışdırmayacaq.

Vesti.kz saytının informasiyasına görə, regionun rəhbəri bu məğlubiyyətdən bərk əsəbləşib və oyundan dərhal sonra komandanın paltardəyişmə otağına yollanıb. Artıq "Tobol"un rəsmi saytı da belə bir bəyanat yayıb: "Aktobe"yə yenilgidən sonra vilayət futbol federasiyası və "Tobol" FK-nın rəhbərliyi Vardan Minasyanın səlahiyyətlərindən kənarlaşdırılması haqda qərar qəbul edib".

Qeyd edək ki, əvvəllər Ermənistan millisinin də baş məşqçisi olmuş Vardan Minasyan 1 ilə yaxın idi ki, "Tobol"u çalışdırırdı. O bu postda Sergey Maslenovu əvəzləmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *