“Femen”in yarıçılpaq fəalı Çexiya prezidentinə hücum etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə, Video

“Femen”in yarıçılpaq fəalı Çexiya prezidentinə hücum etdi – VİDEO

“Femen”in yarıçılpaq fəalı Çexiya prezidentinə hücum etdi

“Femen” hərəkatının yarıçılpaq ukraynalı fəalı Ancelina Diaş Praqadakı seçki məntəqəsində Çexiya prezidenti Miloş Zemana hücum edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, videodan da göründüyü kimi, Zeman məntəqəyə gələndə yarıçılpaq qadın ingilis dilində kobud söyüşlər söyə-söyə ona tərəf cumur, kürəyindən itələməyə və səs verməsinə mane olmağa cəhd göstərir.

Amma prezident mühafizəsisi zirək tərpənərək hücum edəni saxlayır...

İnsidentdən sonra Zeman seçki məntəqəsinə qayıdaraq söyləyib ki, “Femen” hərəkatı fəalının hücum etməsi onun üçün böyük şərəfdir. Bununla belə, polis fəalı 48 saatlığına saxlayıb və ona qarşı “xuliqanlıq” maddəsi üzrə ittiham irəli sürülüb. A.Diaşın tezliklə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *