Miloş Zeman Əliyev və Sarkisyana Praqada görüşməyi təklif etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Miloş Zeman Əliyev və Sarkisyana Praqada görüşməyi təklif etdi

Miloş Zeman Əliyev və Sarkisyana Praqada görüşməyi təklif etdi


Çexiya prezidenti Miloş Zeman Azərbaycan və Ermənistan prezidentlərinə 2002-ci və 2004-cü ildə olduğu kimi Praqada görüşməyi təklif edib.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, Çexiya prezidenti bu barədə Ermənistan prezidenti Serj Sarkisyan ilə görüş zamanı bəyan edib.

Zeman Azərbaycan və Ermənistan prezidentlərinin konsensusa gələcəklərinə və Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olacaqlarına ümidvar olduğunu bildirib.

“Ermənistana səfərə qədər mən Azərbaycanda olmuşam. Mənim bəyanatlarım və mövqeyim harada olmağımdan asılı olmayaraq, dəyişməz olaraq qalır. Mən İlham Əliyevə Fransa və Almaniya arasındakı düşmənçiliyi xatırlatdım, bu ölkələr düşmənçiliyin öhdəsindən gəlməyi bacardılar. Ümidvaram ki, Azərbaycan və Ermənistan düşmənçiliyin öhdəsindən gəlməyi bacaracaqlar”, - o, sözünü yekunlaşdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *