Çexiya prezidenti: "İçkini atmağım haqda deyilənlər yalandır, bundan sonra da içəcəyəm"
Çexiya prezidenti Miloş Zeman spirtli içki qəbulunu məhdudlaşdırması barədə xəbərləri təkzib edib.
Virtualaz.org yerli Novinky.cz portalına istinadən xəbər verir ki, ölkənin regionlarından birinə səfəri zamanı keçirilmiş mətbuat konfransında bununla bağlı olaraq Zeman bildirib: «İçkini atmağım haqda deyilənlər yalandır, bundan sonra da içəcəyəm”.
Bundan əvvəl ölkə nəşrlərindən biri xəbər vermişdi ki, 73 yaşlı Zemana şəkərli diabetdən əziyyət çəkdiyi üçün həkimlər spirtli içki qəbulunu məhdudlaşdırmağı məsləhət görüblər.
Mənbə:> virtualaz.org