Tramp yenə tək qaldı: Avropa İranı dəstəkləyir
Nüvə razılaşmasını ləğv etmək istədiyini dəfələrlə dilə gətirən ABŞ prezidenti yenə tənqid atəşinə tutulub.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa İttifaqının aparıcı ölkələri və İran nüvə sazişinin əhəmiyyətini müzakirə etmək üçün bir araya toplaşıb. Bu gün keçirilən görüşdə Almaniya, İngiltərə və Fransa xarici işlər naziri, eləcə də Avropa İttifaqının rəsmi nümayəndəsi Moqerini ABŞ-ı sərt şəkildə tənqid edib. Onlar 3 il əvvəl imzalanan nüvə sazişinin bir alternativi olmadığını vurğulayıblar.
Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı 2015-ci ildə İran ilə P5+1 ölkələri (ABŞ, İngiltərə, Çin, Fransa, Rusiya və Almaniya) arasında imzalanan nüvə sazişini ləğv edəcəyini bildirmişdi. Lakin ABŞ-dan başqa heç bir ölkə razılaşmanın təxirə salınmasında maraqlı deyil.
Mənbə:> Yeniçağ.az