Şimali və Cənubi Koreya razılığa gəldilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Şimali və Cənubi Koreya razılığa gəldilər – YENİLƏNİB

Şimali və Cənubi Koreya razılığa gəldilər

Koreya yarımadasında sərhədyanı məntəqədə cənub və şimal qonşuları arasında aparılan danışıqlar müsbət nəticə verib.

Oxu.Az xəbər verir ki, bu barədə “Washington Post” Cənubi Koreya rəsmilərinə istinadən məlumat yayıb.

Rəsmi Seul bildirib ki, Şimali Koreya gələn ay Cənubi Koreyanın Pxençan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarına öz atletlərini göndərməyə razılaşıb.

Cənubi Koreya milli birləşmə məsələləri üzrə nazirinin müavini Çun Hayın sözlərinə görə, razılaşmaya əsasən, Pxenyanın göndərəcəyi nümayəndə heyətində atletlər, tərəfdarlar, jurnalistlərlə yanaşı (dövlət), rəsmiləri də yer alacaq.

Çun bildirib ki, Cənubi Koreya hər iki qonşunun Olimpiya Oyunlarının açılış və bağlanış mərasimində birgə yürüş keçirməyi təklif edib.

Seul danışıqlarda müharibədən sonra bir-birindən ayrı düşən ailə üzvlərinin qovuşması ilə bağlı danışıqların davam etdirilməsi məsələsini önə çəkib, təmas xəttində sabitliyin qorunması ilə bağlı danışıqları davam etdirməyi təklif edib. Danışıqların təfərrüatları barədə hələlik məlumat verilmir.

09:37

Pxanmundjom sərhədyanı məntəqəsində Şimali və Cənubi Koreyadan olan nümayəndə heyətləri arasında danışıqlar başlayıb.

Oxu.Az bu barədə “Yonhap” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, hər iki ölkənin nümayəndə heyətləri arasında görüş yerli vaxtla 10:00 radələrində start götürüb.

Cənubi Koreya nümayəndə heyətinə milli birləşmə məsələləri üzrə nazir Ço Myon Qün, KXDR-dən isə vətənin sülh yolu ilə birləşməsi üzrə dövlət komitəsinin sədri Li Son Qvon başçılıq edir.

Bundan əvvəl verilən məlumata görə, diplomatlar görüşdə Şimali koreyalı idmançıların Pxençan şəhərində keçirilən Qış Olimpiya Oyunlarında potensial iştirakı məsələsini müzakirə edəcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *