İŞİD Peterburqdakı və Qahirədəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Hadisə

İŞİD Peterburqdakı və Qahirədəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD Peterburqdakı və Qahirədəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürdü

İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə "Reuters" xəbər yayıb. Bununla belə, terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir.

Xatırladaq ki, dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.

Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.

Virtualaz.org bildirir ki, İŞİD Misirin paytaxtı Qahirədə yerləşən kopt xristianlarının Mər-Minə kilsəsinə edilən hücumla bağlı da məsuliyyəti öz üzərinə götürüb.

Ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, cümə günü səhər saatlarında silahlı şəxs kilsənin xarici hüdudlarını aşmaq istəyib. Polis əməkdaşları hücum edənə atəş açıb və onu yaralayıb.

Axtarış zamanı onun üzərindən "Kalaşnikov" avtomatı və 150 mərmilik 5 ədəd daraq tapılıb. Naməlum şəxs xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Hücumdan əvvəl silahlı şəxs kilsənin yaxınlığında yerləşən və avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan dükana aramsız atəş açıb. O, mağazanın sahibini qətlə yetirəndən sonra kilsəni mühafizə edən polislərə və ora gələn ziyarətçilərə də atəş açıb. Nəticədə 10 nəfər ölüb, 5 nəfər yaralanıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *