İŞİD Las-Veqasdakı atışmaya görə məsuliyyəti üzərinə götürüb
İŞİD terror qruplaşması Las-Veqasda baş verən atışmaya görə məsuliyyəti öz üzərinə götürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Reuters nəşri yaraqlıların sosial şəbəkələrdəki paylaşımlarına istinadən məlumat yayıb.
Terrorçuların bəyanatında bildirilir ki, atəş açan şəxs bir neçə ay əvvəl İslam dinini qəbul edib.
Qeyd edək ki, Las-Veqasda musiqi festivalının iştirakçılarına atəş açılması nəticəsində 50-dən çox insan həlak olub, 400-dən çox insan yaralanıb. Hadisəni törədən Las-Veqas sakini polislə atışmada öldürülüb.
Onun 64 yaşlı yerli sakin Stiven Paddok olduğu müəyyənləşib.
Mənbə:> Oxu.Az