Kataloniyada növbədənkənar seçkilər
Dekabrın 21-də İspaniyanın Kataloniya muxtar regionunun parlamentinə keçirilən növbədənkənar seçkilər başa çatıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, hazırda səslərin sayılması prosesi gedir. Yerli vaxtla saat 18:00-a olan məlumata görə, səsvermədə seçici fəallığı 68,32 faiz olub. Bu isə ötən seçkilərlə müqayisədə xeyli çoxdur.
Sorğulara əsasən, ümumilikdə 7 əsas partiyanın parlamentə keçmək şansı var.
Qeyd edilir ki, seçkilərdə Kataloniyanın müstəqilliyinin tərəfdarları liderlik edir. İlkin məlumatlara görə, onlar parlamentdəki 135 yerdən 70-ni tuta bilərlər.
Xatırladaq ki, Kataloniyanın sabiq rəhbəri Karles Puçdemon əhalini 21 dekabr seçkilərinə müstəqillik haqqında referendum kimi baxmağa çağırmışdı.
Onu da qeyd edək ki, bülletenlərin rəsmi sayılması dekabrın 24-də başlayacaq və maksimum üç gün davam edəcək.
Mənbə:> Virtualaz.org