Avropada türk ailəsi öldürüldü
Niderlandda bir ailənin üç üzvünün öldürülməsi ilə nəticələnən cinayət hadisəsi baş verib.
ANS PRESS-in məlumatına görə, Niderlandın Şimali Brabant əyalətinə bağlı Etten-leur şəhərində yaşayan türkiyəli ailələrdən biri cinayət hadisəsi qurbanı olub.
Anadolu agentliyinə xəbər verən qonşular ölənlərin bir ailədən olduqlarını təsdiqləyiblər.
Hadisənin necə baş verməsi ilə bağlı əlavə məlumat verməyən polis isə ölənlərin 41 yaşlı bir kişi, 9 yaşlı qız uşağı olduğunu, digərinin isə şəxsiyyətinin dəqiqləşdirildiyini bildirib.
Faktla bağlı cinayət işi başladılıb, araşdırmalar aparılır.
Mənbə:> ANSPRESS