Fransada minlərlə insan küçələrə çıxdı — Trampın qərarına görə
Fransanın müxtəlif şəhərlərində bir neçə min insan ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarına qarşı etiraz aksiyasına çıxıb.
AzNews.info "Report"-a istinadən xəbər verir ki, mitinqçilər, həmçinin İsrailin baş naziri Binyamin Netanyahunun dekabrın 10-da Parisə planlaşdırılan səfəri və onun prezident Emmanuel Makronla aparacığı danışıqlara qarşı çıxıblar.
AFP-nin məlumatına görə, Parisdə keçirilən nümayişdə təqribən 400 nəfər iştirak edib.
Eyni zamanda, təqribən 500 nəfər Marseldə, 300 nəfər isə Lionda küçələrə çıxıb.
Mənbə:> Report