Daha bir diktator Qəzzafinin aqibətini yaşadı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Daha bir diktator Qəzzafinin aqibətini yaşadı

Daha bir diktator Qəzzafinin aqibətini yaşadı

Yəmənin keçmiş prezidenti, “ərəb baharı” ilə başlayan üsyan nəticəsində hakimiyyətdən istefa verməyə məcbur olan Əli Abdalla Salehin qətlə yetirilməsinin təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, İrandan dəstəklənən “Əl-Masirah” şiə üsyançı hərəkatının rəsmi telekanalı Salehin öldürüldüyünü təntənə ilə elan edərək onun meyitinin fotolarını yayıb. Lakin 75 yaşlı Salehin ölümü ilə bağlı hələlik müstəqil mənbələrdə məlumat yoxdur. Salehin “Ümumxalq konqresi” partiyası isə liderlərinin öldürüldüyünü təkzib edir, hərçənd təkzib veriləndə keçmiş prezidentin meyitinin fotoları yayılmışdı.

Daha bir diktator Qəzzafinin aqibətini yaşadı


“Sky News Arabia” telekanalı isə Salehin necə öldürüldüyünə dair bəzi təfərrüatları yayıb. Bildirilir ki, husilər Salehi paytaxt Səna yaxınlığındakı Sanhan kəndində güllələyiblər. Keçmiş prezident oradan Maarib əyalətinə gedirmiş. Xəbərə görə bu gün səhər saatlarından başlayan döyüşlərdə husi yaraqlıları Salehin Sənadakı evini partladıblar. Lakin həmin vaxt keçmiş prezident evdə olmayıb. Bildirilir ki, yaraqlılar Salehin getdiyi zirehli avtomobilin qarşısını kəsərək gülləbaran ediblər. Avtomobilə qumbaraatanla atəş açılıb, bu vaxt keçmiş prezident avtomobildən çıxaraq qaçmağa çalışıb və yaraqlılar tərəfindən güllələnib. Salehlə birlikdə prezidentin təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Huseyn əl-Həmidi də öldürülüb.

“Al Arabia” kanalı da Salehin öldürüldüyü yerdən bir neçə foto yayıb, şahidlərin danışdıqlarına yer verib. İnternetdə yayılan kadrlara əsasən husi yaraqlıları “Allahü əkbər” sədaları ilə keçmiş prezidentin meyitini “pikap”a yükləyirlər. Salehin başından güllə yarası aldığı görünür. Hücum zamanı Salehin yanında olan “Ümumxalq konqresi”nin baş katibinin köməkçisi Yaser əl-Avadi də həlak olub.

Daha bir diktator Qəzzafinin aqibətini yaşadı


Salehin ölümü son günlər Sənada onun tərəfdarları ilə husi yaraqlıları arasında şiddətlənən döyüşlərin nəticəsidir. Bu döyüşlərdə son dörd gün ərzində 130-dan çox adam həlak olub. Ölənlərin çoxu husilərdir, onlar Sənada bəzi ərazilərə nəzarəti əldən veriblər.

Ötən şənbə günü, dekabrın 2-də Salehin partiyası Yəmən xalqını paytaxtı husilərdən qorumağa çağırmışdı, ertəsi gün isə eks-prezident xalqa və onu dəstəkləyən hərbçilərə müraciətində husilərlə müttəfiqliyi kəsdiyini bildirmişdi. Saleh deyib ki, husilər xalqı aclıqda boğur və öz ambisiyaları, İrandan formalaşan məhdud dünyagörüşləri ilə ölkəni fəlakətə sürükləyib.

Daha bir diktator Qəzzafinin aqibətini yaşadı


Husilərin lideri Abdel Malek əl-Husi isə Salehə sadiq qüvvələrin həərkətlərini “şübhəli və düşüncəsiz” adlandırıb, keçmiş prezidentin özünün satqın olduğunu elan edib. Səudiyyə Ərəbistanın başçılıq etdiyi ərəb koalisiyası isə Salehin rəhbərliyi altında husi yaraqlılarına qarşı başlayan mübarizəni dəstəkləmişdi. Salehin tərəfdarlarının paytaxtı husilərdən təmizləmək üçün başlatdığı əməliyyat zamanı İrana bağlı yaraqılar şəhərin əsas hissəsindən sıxışdırılıb. Lakin bu gün husilər elan ediblər ki, paytaxta nəzarəti bərpa ediblər.

Xatırladaq ki, 2011-ci ildə ərəb ölkələrini bürüyən xalq üsyanları Yəmənə də sıçrayıb. Həmin ilin əvvəllərindən etibarən ölkədə 30 ildən çoxdur hakimiyyətdə olan Əli Abdalla Salehə qarşı çıxan nümayişçilərlə təhlükəsizlik qüvvələri arasındakı toqquşmalarda 2 mindən çox adam həlak olub. Nəhayət Saleh 2011-ci ilin sonlarında istefa verib, əvəzində toxunulmazlıq statusu alıb. 2012-ci ilin fevralında keçirilən növbədənkənar seçkilərdə hakimiyyət Salehdən rəsmən Abdu Rabbo Mansur Hadiyə keçib.

Daha bir diktator Qəzzafinin aqibətini yaşadı


Bununla belə Mansur Hadi ölkədə başlayan xaosla mübarizə apara, sabitliyi təmin edə bilməyib. 2014-cü ildə şirə təriqətinin bir qolu olan husilər etirazlara başlayıb, 2015-ci ilin yanvarında onlar Sənanı tutublar. Mansur Hadini istefaya məcbur ediblər və parlamenti buraxıblar. Lakin Mansur Hadi istefa fikrindən daşınıb və öz tərəfdarları ilə Ədən şəhərinə sığınıb. Üsyançılar bu şəhərə hücum edəndə Mansur Hadi ölkədən qaçmalı olub. Həmin ilin martında onun müraciəti əsasənda ərəb koalisiyası Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Lakin kütləvi bombardmanlara baxmayaraq ərəb koalisiyası husiləri Sənadan çıxara bilməyib. İndi isə Səudiyyə Ərəbistanı keçmiş prezident Salehə dəstək verərək onu yenidən hakimiyyətə qaytarmağa çalışırdı. Nəticə isə Salehin öldürülməsi oldu.

Əli Abdalla Saleh ərəb üsyanları nəticəsində Liviya diktatoru Qəzzafidən sonra zorakılıqla öldürülən ikinci diktatordur.

Daha bir diktator Qəzzafinin aqibətini yaşadı


Qəzzafi də Liviyada gedən vətəndaş müharibəsinin gedişində doğma şəhəri Siirtin yaxınlığında üsyançılar tərəfindən diri yaxalanmışdı və işgəncələrlə öldürülmüşdü. Həmin vaxt Liviya üsyançılarına havadan NATO koalisiyası dəstək verirdi. İndi Saleh də öz doğma kəndinin yaxınlığında öldürülüb, ancaq fərq budur ki, onu öldürən üsyançıları NATO yox, Səudiyyə Ərəbistanının başçılığı ilə müsəlman koalisiyasıdır.

Son xəbərlərə görə Əli Abdalla Salehlə birlikdə öldürülənlər arasında onun partiyasının baş katibi Arif əz-Zuka və müavini Yasir əl-Avada da var. Onların hamısı Salehlə eyni avtokalonda hərəkət edərkən atəş altına düşüblər. Bəzi məlumatlara görə üsyançılar Salehi əvvəlcə əsir götürüblər və daha sonra güllələyiblər. Başqa mənbələr isə onun avtomobildən düşərkən güllələndiyini bildirir.

Husilərin lideri özünün televiziya çıxışında Salehin öldürülməsini “tarixi hadisə” adlandırıb. Onun öldürülməsini “satqınlıqla” əsaslandırıb.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *