Husi döyüşçüləri BƏƏ-nin Yəməndəki səfirliyini ələ keçiriblər
Birləşmiş Ərəb Əmirliklərinin Xarici işlər nazirliyi ölkənin Yəməndəki səfirliyinin “Ənsər Əlla” (husilər) hərəkatının döyüşçüləri tərəfindən ələ keçirilməsi barədə bəyanat yayıb.
“BƏƏ-nin Yəmənin paytaxtı Sanadakı səfirliyinin hüsilər tərəfindən ələ keçirilməsini qəti qınayırıq”, - XİN-nin bəyanatında deyilir.
Hadisənin təfərrüatları barədə hələlik heç bir məlumat verilmir.
Mənbə:> Oxu.Az