Sankt-Peterburqda Qondarma Talışıstana azadlıq -TƏXRİBAT
İnterpress.az xəbər verir ki, Rusiyada bəzi qüvvələr xüsusən erməni lobbisi Əlikram Hümbətovun əlaltıları olan özlərini "Talış muğan respubilkasının" vətəndaşı sayan separatçılarının mövqelərini gücləndirmək üçün əllərindən gələni edirlər. Harda gəldi "bayraqlarını" dalğalandırır, bir sözlə Azərbaycana qarşı təxribatla məşğuldur. Ən çox da Rusiyada fəaldırlar. Hər kəsə məlumdur ki, Rusiyada separatçılara böyük imkanlar yaradılır. İnterpress.az-ın əldə etdiyi məkumata görə belə təxribatların biri Rusiyanın Rusiyanın Sankt-Peterburq şəhərində baş verib.
6 noyabr tarixində gecə vaxtı Sankt-Peterburq şəhərində prospekt "Slavı" və "Vitebsk şosesi"kəsişməsində, poster "Talışistana Azadlığ" və qondarma Talışıstan "bayrağı" asılıb.
Xatırladaq ki, Heç bir vaxt (elə indinin özündə də) Azərbaycanda yaşayan talışlar qodarma “TMR”i dəstəkləmirlər, Talış xalqı bu “liderləri” rədd edir, onlar nə Azərbaycanda, nə də onun hüdudlarından kənarda talışların dəstəyini qazana bilmirlər.
Ona görə də separatçıların köməyinə digər separatçılar – Azərbaycan xalqının əsas düşməni ermənilər gəlirlər. Məhz erməni xüsusi xidmət orqanlarının himayəsi altında bir neçə il bundan öncə Fəxrəddin Aboszoda və digərləri “talış məsələsinin” həlli ilə fəal məşğul olmağa başlayaraq Sankt-Peterburqda televiziya yaratdılar.
Fəxrəddin Aboszoda və digər separatçılar, Talış xalqının düşməni xain Əlikram Hümbətovun yaxınları hər fürsətdə müstəqil Azərbaycana qarşı təbliğat aparırlar.
Bu insanlar üçün “qəhrəman”, “lider” isə əlbəttə satqın vətən xaini Əlikram Hümbətov çıxış edir.
***
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan İnterpress.az-a bildiriblər ki, Təxribat məzmunlu lövhələr barədə xəbər alan baş konsul Sultan Qasımov dərhal əks tədbirlər görərək, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin rəhbərliyi, xüsusilə polis polkovniki Nikolay Xlusovla əlaqə yaradıb. Aparılmış danışıqlar nəticəsində həmin lövhənin götürülməsi barədə razılıq əldə edilib. Baş konsul bu cür təxribatların ikitərəfli münasibətlərə xələl gətirmək məqsədilə törədildiyini Rusiya Daxili İşlər Nazirliyinin rəhbərliyinə izah edib. Baş konsulun həyata keçirdiyi təcili tədbirlər nəticəsində “Talışstana azadlıq” başlıqlı lövhələr Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə səlahiyyətli əməliyyat idarələrinin məsul şəxsləri tərəfindən götürülüb.
Mənbə:> İstipress.com