XİN-dən Sankt-Peterburqda törədilən terror aktı ilə bağlı BƏYANAT
Azərbaycanın Xarici İşlər Nazirliyi Sankt-Peterburq metrosunda törədilmiş terror aktı ilə bağlı bəyanat verib.
Oxu.Az-ın məlumatına görə, bəyanatda bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir:
“Biz, Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik.
Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.
Mənbə:> Oxu.Az