Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı bəyanatla çıxış edib » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı bəyanatla çıxış edib

Azərbaycan XİN Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı bəyanatla çıxış edib


“Rusiya Federasiyasının Türkiyədəki Səfiri Andrey Karlovun öldürülməsi ilə nəticələnən terror aktını kəskin şəkildə pisləyirik. Bu faciə ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına və Rusiya Xarici İşlər Nazirliyindəki bütün həmkarlarımıza dərin hüznlə baş sağlığı veririk”.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Bəyanatda “bu terror aktının hərtərəfli araşdırılacağına və günahkarların öz layiqli cəzalarını alacaqlarına əminlik” ifadə olunub.

“Azərbaycan tam şəkildə inanır ki, səfir Andrey Karlova qarşı törədilmiş terror aktı Rusiya və Türkiyənin terrorizmə qarşı mübarizədə əzmini, əməkdaşlığını və birgə səylərini daha da gücləndirəcək. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir. Heç bir halda terrorizmə bəraət qazandırıla bilməz” deyə bəyanatda qeyd olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *