İraqda 320-dən çox İŞİD üzvünü məhv etmiş snayper öldü – VİDEO + FOTO
İraqda İŞİD silahlılarına qarşı döyüşən “Əl Həşd Əş-Şəabi” hərbiləşmiş dəstənin baş snayperi “İŞİD ovçusu” ləqəbi ilə tanınan Əbu Tahsin əs Salihi həlak olub.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, Əbu Tahsin sentyabrın 29-da İŞİD-in İraqdakı sonuncu dayaq nöqtələrindən biri olan Əl Havica yaşayış məntəqəsi uğrunda gedən döyüşdə ölümcül yaralanıb.
Sosial şəbəkələrdə yayılan videoda Əbu Tahsin 321 İŞİD üzvünü məhv etdiyini etiraf edir.
Əbu Tahsin Bəsrə şəhərində dəfn edilib. Onun 1973-ci ildən İraq ordusunda xidmət etdiyi və Bağdadın o vaxtdan apardığı bütün müharibələrdə iştirak etdiyi bildirilir.
Mənbə:> APA