İraqda 33 İŞİD-çi öldürüldü
Beynəlxalq koalisiya qüvvələri İraqın qərbində İŞİD-ə qarşı növbəti əməliyyat keçirib.
Axar.az xəbər verir ki, general İsmayıl Mihlavinin sözlərinə görə, əməliyyat zamanı 23 terrorçu öldürülüb.
Digər tərəfdən Bağdadın şimalındakı Rəşidiyyə bölgəsində İraq ordusunun hərbçilərinə qarşı kamikadze hücumu olub.
Hücum zamanı 2-si əsgər olmaqla 12 nəfər ölüb, 33 nəfər yaralanıb.
Mənbə:> Axar.az