Avstriyada bu gündən hicab geyinməyə qadağa qoyulur
Avstriyada ictimai yerlərdə üzü tam bağlayan müsəlman qadın geyiminə qadağa qüvvəyə minib.
Oxu.Az-ın verdiyi xəbərə görə, rəsmi olaraq oktyabrın 1-dən qüvvəyə minən qadağa həmçinin qeyri-bayram günlərində maskarad maskasına, habelə həkim göstərişi olmadan tibbi maskaların taxılmasına da qoyulub.
Qadağanı pozan şəxslər 150 avro məbləğində cərimələnəcəklər. Hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayan şəxslər izahat verilməsi üçün polis şöbəsinə aparılacaqlar.
Mənbə:> Oxu.Az