Miqrantlara 10 illik qadağa » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Dünya

Miqrantlara 10 illik qadağa

Miqrantlara 10 illik qadağa


Rusiyada yaşamaq haqqında qaydaları pozan miqrantlarla bağlı yeni qaydalar qüvvəyə minib.

ANS PRESS-in məlumatına görə, qanun pozuntusuna yol verən əcnəbi vətəndaşlar Rusiyaya giriş hüququndan 10 il müddətinə məhrum olacaqlar.

Bu gündən etibarən qüvvəyə minən qanuna əsasən, limiti ötən və 280 sutkadan artıq ölkədə yaşayan şəxslər bu cəriməyə məruz qalacaq. Rusiya ərazisində 180 gün qeyri-qanuni yaşadığı məlum olan miqrantlar isə ölkəyə giriş hüququndan 5 il müddətinə məhrum olacaqlar.

Qeyd edək ki, Rusiyada bu cür qaydalar əvvəl də var idi. Sadəcə olaraq yeni dəyişikliklərə əsasən qaydalar daha da sərtləşdirilib. Bundan əvvəl qanun pozuntusuna yol vermiş miqrantların ölkəyə girişinə 3 il müddətinə qadağa nəzərdə tutulurdu.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *