Bakıda avtomobillərlə bağlı daha bir qadağa
Bakı-2015 Birinci Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılır.
BEGOC -dan Oxu.Az-a bildiriblər ki, bununla bağlı qadağalar mayın 31-dən iyunun 1-ə keçən gecə qüvvəyə minir. Hətta həmin ərazilərdəki parkomatların fəaliyyəti də dayandırılır. Bu zonalarda avtomobillərini yalnız xüsusi parklanma icazəsi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq bu tarixə qədər mənzil-kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər ərazidən təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər.
Bu qadağa bir ay ərzində, iyulun 1- dək qüvvədə olacaq.
Mənbə:> Oxu.Az