Ermənistanda 25 ali təhsil müəssisəsi bağlanıb
Son 10 ildə Ermənistanda 25 ali təhsil müəssisəsi bağlanıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə ölkənin tanınmış sosioloqu Aqaron Adibekyan bildirib.
Onun sözlərinə görə, dövlət və özəl ali məktəblərinə daxil olmaq istəyənlərin sayı 110 mindən 85 minədək azalıb: “Bu, təkcə doğumun azalmasından asılı olmayan daha ciddi problemdir” .
A.Adibekyan qeyd edib ki, 2007-ci ildə ali məktəblərə 26 min nəfər qəbul olunurdu və onların yalnız 24 mini təhsilini başa vururdu: “2016-cı ildə isə 18 min nəfər ali məktəblərə qəbul olunub, yalnız 12700 tələbə tədris ilini başa vurub”.
Mənbə:> Report.az