Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır

Ali məktəblərə ixtisas seçimi bu gün başa çatır


640 abituriyent ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Oxu.Az-a verilən məlumata görə, 10 avqust saat 11:30-a olan məlumata görə, 37700 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 640 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət almış abituriyentlər də elektron ərizələrinə daxil olub ixtisas seçimini həyata keçirməlidirlər.

Xatırladaq ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatır. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər.

Əks təqdirdə, onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *