Ermənilər Azərbaycan dilində təxribat xarakterli xəbərlər yayırlar » AzNews.info -Xəbər portalı

Ermənilər Azərbaycan dilində təxribat xarakterli xəbərlər yayırlar – DİQQƏTLİ OLUN! – VİDEO

Ermənilər Azərbaycan dilində təxribat xarakterli xəbərlər yayırlar


Son günlər cəbhədə bir-birinin ardınca ağır itkilərə məruz qalan düşmən “gücü” informasiya müharibəsinə verib. Ermənilər bu məqsədlə “Facebook” sosial şəbəkəsində yaradılan “HƏRBİ MEDİA” adlı səhifədən istifadə edirlər.

AzNews.info xəbər verir ki, azvision.az-ın bundan öncə xəbər verdiyi kimi, “HƏRBİ MEDİA” səhifəsi erməni istifadəçilər tərəfindən yaradılıb. Bu səhifədə Azərbaycan dilində ordumuzun əleyhinə təxribat xarakterli informasiyalar, foto-video görüntülər paylaşılır.

Ermənilər Azərbaycan dilində təxribat xarakterli xəbərlər yayırlar


İnformasiya siyasətinin tərkib hissəsi olaraq yaradılan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmağa hesablanıb. Onlar təxribat xarakterli məlumatlar yaymaqla ordumuza olan inamı azaltmağa çalışırlar.

Məlumat üçün bildirək ki, “HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən “razm.info” hərbi saytını idarə edən şəxslər tərəfindən yaradılıb.

“Razm.info”nun “Facebook” səhifəsi azərbaycanlı istifadəçilər tərəfindən kütləvi şəkildə şikayət edildiyindən bloklanıb. Bundan sonra həmin saytın əməkdaşları çirkin niyyətlərini həyata keçirmək üçün “HƏRBİ MEDİA” səhifəsini yaradıblar.

Vəziyyətin həssaslığını nəzərə alaraq oxuculara və sosial şəbəkə istifadəçilərinə düşmən təxribatına uymamağı, ermənilərin yaydığı foto və videogörüntüləri paylaşmamağı tövsiyə edirik.


Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *