Ağ evə giriş naməlum şəxsə görə bağlanıb
ABŞ-da naməlum şəxs Ağ evin ərazisinə daxil olmağa çalışıb.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, hadisə barədə ABŞ-ın xüsusi xidmətləri “Tvitter” hesabında məlumat yayıb.
“Naməlum şəxs Pensilvaniya avenyunun şimal hissəsində velosipedlər üçün nəzərdə tutulmuş hissədən tullanaraq Ağ evin ərazisinə daxil olmağa çalışarkən saxlanılıb”, - məlumatda deyilir.
Ağ evdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səfəri ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib. Bununla yanaşı, Ərdoğanın hadisəyə qədər Ağ evi tərk etdiyi də qeyd edilir.
Mənbə:> Oxu.Az