Peskov: Ərdoğanın Rusiya səfəri ləğv olunmayıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dekabrda Rusiyaya səfəri rəsmən ləğv edilməyib, amma bir çox suallar havadan asılı qalıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Vəziyyət aydın deyil, səfər rəsmən ləğv olunmasa da, bununla belə, şübhəsiz ki, indi bu tədbirin keçirilməsi ilə bağlı xeyli sayda suallar havadan asılı qalıb. Lakin bir daha vurğulamaq istəyirəm, hələlik səfər ləğv olunmayıb”, - Peskov bildirib.
Mənbə:> Oxu.Az