4 yaşlı uşaq prezident mühafizəçilərini ayağa qaldırdı
4 yaşlı uşaq Ağ evi ayağa qaldırıb.
ANS PRESS-in məlumatına görə, aprelin 12-də prezident iqamətgahına naməlum şəxs daxil olub. Buna görə ABŞ-ın gizli xidmət əməkdaşları həyəcan təbili çalıb. Lakin tezliklə məlum olub ki, həmin naməlum şəxs 4 yaşlı uşaq imiş.
Hadisə jurnalistlərin gözləri qarşısında baş verib. "Təhlükəsizlik xidmətinin əməkdaşları əllərində silahla qəfildən şimala tərəf qaçmağa başladılar. Müxbirlərə də Ağ evin içərisində gizlənmək məsləhət görüldü", - deyə şahid jurnalistlərdən biri bildirib.
Sonradan müəyyən olunub ki, oğlan uşağı Ağ evin hasarının yanından velosipedlər üçün olan dirəyin altına girib. "Uşaq yaxşıdır və o, valideynlərinə təhvil verilib", - deyə gizli təşkilatın mətbuat katibi Brayan Liri açıqlama verib.
Mənbə:> ANSPRESS