Şəhidimizin cibindən çıxan şeir hamını duyğulandırdı – FOTO
Cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, Qazax rayon Daş Salahlı kənd sakini, 1997-ci il təvəllüdlü Süleymanov Süleyman Elçin oğlunun hərbi geyiminin cibindən sevgilisinə yazdığı şeir tapılıb.
AzNews.info şərq.az saytına istinadən həmin şeiri təqdim edir:
Sevgilim, götür, bu şəklimi saxla yadigar
Bəlkə bu şəklim sonuncu oldu
Yolumu gözləmə, mən ki əsgərəm
Bəlkə də qismətim şəhidlik oldu
Mənbə:> Şərq.az