Zərdüşt Əlizadə: "Arif Rəhimzadənin özünü türk hesab etməmək hüququ var"
Hər bir insan hansı millətə aid olduğuna özü qərar verir və bu nöqteyi-nəzərdən Arif Rəhimzadə özünü türk hesab etməyə bilər.
Virtualaz.org bildirir ki, bunu Azərbaycan deputatı Arif Rəhimzadənin Rusiya KİV-inə müsahibəsini şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.
Xatırladaq ki, A.Rəhimzadənin həmin müsahibəsindəki "Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, amma azərbaycanlılar türk deyil" fikri Azərbaycan sosial şəbəkələrində hiddət dalğası doğurub.
Z.Əlizadənin sözlərinə görə, İsveçdə və ya Norveçdə qaradərili insanlarla qarşılamaq olar, hansılar ki, Afrika köklərini unudub, özlərini isveçli adlandırırlar.
"İnsanın özünü hansı millətə aid etməsi onun öz seçimidir. Məsələn, mənim valideynlərim, bütün əcdadlarım, özlərini türk hesab edirdilər, amma mən özümü azərbaycanlı hesab edirəm və öz millətimlə fəxr edirəm. Bəli, mən də mədəni, iqtisadi planda türk birliyini dəstəkləyirəm, amma mən etnik millətçiliyə qarşıyam: istər türk , istərsə də alman millətçiliyi olsun. Buna görə Arif Rəhimzadənin bu məsələdə öz fikri ola bilər. Əvvəl-axır hər bir insan özünü kim hesab etdiyinini özü seçir”, - deyə Z.Əlizadə vurğulayıb.
Mənbə:> Virtualaz.org