Quterriş Qarabağ münaqişəsinin həllində səyləri gücləndirməyə çağırdı
BMT-nin baş katibi Antoniu Quterriş Dağlıq Qarabağ münaqişəsinin həllində səylərinin gücləndirməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə A.Quterriş BMT Təhlükəsizlik Şurasının Avropada münaqişələrin həllinə həsr edilmiş iclasında deyib.
BMT-nin baş katibi bəyan edib ki, 2008-ci ildə Gürcüstanda və 2014-cü ildə Ukraynada baş verən böhranlar, Avropanın yeni münaqişə ocaqlarının yaranmasından sığortalanmadığını göstərir.
O bildirib ki, Avropadakı münaqişələrə dair istifadə edilən “dondurulmuş münaqişə” termini aldadıcıdır. Sülh sazişləri bağlanmadıqca və realizə edilmədikcə, gərginliyin bərpası riski qalır – biz bunu keçən il apreldə Cənubi Qafqazda və Dağlıq Qarabağda müşahidə etdik.
Baş katib bəyan edib ki, dövlətin milli suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan hər addım, beynəlxalq ictimaiyyətin sülhün qorunmasına və BMT-nin Nizamnaməsinə müvafiq olaraq beynəlxalq qaydalara riayətə kollektiv yanaşmanı gücləndirməli olmasına dair bir xatırlatmadır.
Mənbə:> Oxu.Az