Ermənistanın Belarusdakı səfiri geri çağırılmağını düzgün hesab etmir
Ermənistanın Belarusdakı səfiri Armen Xaçatryan, Minskin Dağlıq Qarabağa qanunsuz səfər edən blogger Aleksandr Lapşinlə bağlı tutduğu mövqeyə baxmayaraq, səfirin bu ölkədən demarş olaraq geri çağırılmasını, həmçinin bu kimi addımları düzgün hesab etmir.
Report xəbər verir ki, bunu Ermənistanın Belarusdakı səfiri “Azadlıq” radiosunun erməni bürosuna açıqlamasında bildirib.
“Biz diplomatik münasibətləri saxlamalıyıq, çünki bir sıra beynəlxalq təşkilatlarda birgə hərəkət edirik, biz bu vəziyyətdən daha yaxşı çıxış yolu tapmağa çalışmalıyıq”, - deyə Armen Xaçatryan bildirib.
Mənbə:> Report