Ermənilər Lapşinə görə etiraz edirlər
Belarusun Ermənistandakı səfirliyinin binası qarşısında bir sıra deputatların təşkilatçılığı ilə etiraz aksiyası keçirilib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları hökumətdən Ermənistanın Belarusdakı səfirinin geri çağırılmasını və bu ölkə ilə diplomatik əlaqələrin dondurulmasını tələb ediblər.
Deputat Edmon Marukyan bildirib ki, Belarusun Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı qərarı dostluğa ziddir və son 25 ilin ən təhlükəli presedentidir.
Mənbə:> APA