İrəvan Kremli şantaj edir
İrəvanda bir qrup Ermənistan vətəndaşı hökumət binasının qarşısında piket keçirir.
ANS PRESS-in məlumatına görə, piket iştirakçıları əsasən Rusiyadan qovulmuş əmək miqrantları olub. Onlar Ermənistan hökumətindən tələb ediblər ki, Rusiyaya girişlə bağlı onlara qarşı tətbiq edilən qadağanın ləğv edilməsinə yardım göstərsin.
Piket iştirakçıları nəyin bahasına olursa, olsun Rusiyaya qayıtmaq istədiklərini bildirirlər. Onların dediyinə görə, Ermənistan Avrasiya İttifaqına girdiyi üçün ermənilərə fərqli yanaşılmalıdır və onların Rusiyaya girməsi üçün tətbiq edilmiş qadağalar götürülməlidir. 2014-cü ildə Rusiya 60 min erməninin ərazisinə girməsinə qadağan qoyub.
Həmin ermənilər 10 il müddətinə Rusiya ərazisinə girə bilməzlər. Bu isə 60 min erməni ailəsinin, yəni təxminən 240 min erməninin acından ölməsi deməkdir. Ermənistanda hazırda 1,25 milyon erməni yaşadığı nəzərə alınarsa, bu Cənubi Qafqaz respublikasının əhalisinin 20 faizinin aclıq keçirdiyi ortaya çıxır.
Bütövlükdə, Rusiyaya 3 milyon adamın girməsi qadağan edilib ki, İrəvan onların 2 faizini təşkil edən ermənilərə fərqli yanaşma tələb edir. Hazırda Ermənistan dövlət miqrasiya xidmətinin rəhbəri Qaqik Yeqanyan bununla bağlı Moskvada səfərdədir.
Mənbə:> ANSPRESS