Terrorçular 232 dinc sakini edam etdilər
“İslam dövləti” terror təşkilatının yaraqlıları İraqın Mosul şəhəri yaxınlığında yerləşən iki yaşayış məntəqəsində 232 dinc sakini edam ediblər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə iraqlı deputat, parlamentin insan hüquqları komitəsinin sədrii Əbdül Rəhim əş-Şəmri bəyan edib.
“Terrorçular Naynava əyalətində vəhşiliklər törətməkdə davam edirlər. Onlar Hammam-əl-Alil rayonunda 190 nəfəri edam ediblər. Daha 42 dinc sakin isə əl-Əric kəndində İŞİD-lə əməkdaşlıqdan imtina etdiklərinə görə terrorçuların qurbanı olublar”, - deyə deputat bildirib.
Qeyd edək ki, oktyabrın 17-də İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən İŞİD silahlılarının nəzarəti altındadır.
Mənbə:> Oxu.Az