İŞİD döyüşməkdən imtina edən 30 gənci edam etdi
İŞİD terror qruplaşmasının döyüşçüləri 16 yaşa qədər olan 30 suriyalı gənci İraqın Ramadi şəhərində gedən döyüşlərə qatılmaqdan imtina etdikləri üçün edam edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS “Əs-Sumariyə” telakanalına istinadən məlumat verib.
İraqın Nayvan vilayətinin nümayəndəsinin sözlərinə görə, gənclər terrorçuların onlar üçün müəyyənləşdirdiyi postları tərk edərək qaçıblar.
Yaraqlılar gəncləri fərarilikdə ittiham edərək Mosul şəhərinə gətiriblər və burada Əl-Kiyara meydanında onları edam ediblər.
Mənbə:> Oxu.Az