Keçmiş erməni deputat tutuldu
Ermənistan parlamentinin keçmiş deputat Akop Akopyan ("Çoyt") həbs edilib.
ANS PRESS-in məlumatına görə, Ermənistan Maliyyə Nazirliyi Akop Akopyanın tutulmasının səbəblərini açıqlayıb.
Sabiq deputat Maliyyə Nazirliyinin Vergi xidmətinin istintaq orqanının qərarı əsasında saxlanılıb.
İdarənin mətbuat xidməti Akopyanın cinayət işini Maliyyə Nazirliyinin istintaq idarəsinin
apardığını bildirib.
İlkin versiyaya görə, Akopyan vergidən yayınmada ittiham olunur.
Mənbə:> ANSPRESS