Deputat: Şou-biznes nümayəndələri vergidən yayınır
Şou-biznes nümayəndələri vergidən yayınır və buna son qoymağın vaxtı çatıb.
AzNews.info ANS PRESS-ə istinadən xəbər verir ki, bu təkliflə millət vəkili Rafael Cəbrayılov Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou-biznes nümayəndələri arasında var:
“Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür. Artıq Azərbaycanda da vergidən yayınma hallarına son qoymağın vaxtı çatıb”.
Daha sonra millət vəkili mənzillərini kirayə verən şəxslərin də vergiyə cəlb olunmasını vacib sayıb:
“Son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır: “Bu sahə son illər inkişaf etsə də, kirayə ev verənlərin vergi verməsinin şahidi olmuruq”.
Mənbə:> ANSPRESS