Referendumun yekun nəticələri gələn ay elan ediləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Referendumun yekun nəticələri gələn ay elan ediləcək

Referendumun yekun nəticələri gələn ay elan ediləcək


Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən referendumun yekun nəticələri oktyabrın 21-dək açıqlanacaq.

Aznews.info Report-a istinadən xəbər verir ki, bu müddət ərzində Mərkəzi Seçki Komissiyası (MSK) referenduma yekun vuracaq və nəticələri rəsmi bildiriş formasında elan edəcək.

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilən ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu prosedur səsvermə günündən başlayaraq 25 gündən gec olmayan müddətdə yekunlaşmalıdır.

Qeyd edək ki, ümumxalq səsverməsinə çıxarılmış Referendum Aktı layihəsi 29 hissədən ibarət olub.

Xatırladaq ki, MSK-nın açıqladığı ilkin nəticələrə görə, referendumda 5 milyon 267 min 111 seçicidən 3 milyon 671 min 797 nəfəri, ümumilikdə 69,7 faizi iştirak edib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *