Ümumxalq səsverməsinin nəticələri açıqlandı
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin nəticələri məlum olub.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib ki, ölkə üzrə 5 min 627 seçki məntəqəsindən hamısı MSK-ya hesabat təqdim edib.
O xatırladıb ki, səsvermədə 5 milyon 267 min 111 seçicidən 3671797 nəfəri səsvermədə iştirak edib. Sayılmış bülletenlərin sayı 3670835-dir. Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə keçirilən ümumxalq səsverməsinin nəticələrini təqdim edirik:
Mənbə:> Oxu.az